Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA

Hörmətli cənab Prezident, 

Əziz dostum,

Sizə qarşı həyata keçirilməsi nəzərdə tutulan məkrli sui-qəsd cəhdindən böyük həyəcan və narahatlıqla xəbər tutdum.

Xoşbəxtlikdən, tərəqqi, demokratiya və humanizm uğrunda mübarizə aparan rəhbərinə sədaqət və məhəbbət nümayiş etdirən fransızlardan birinin sayıqlığı nəticəsində fanatik terrorçu zərərsizləşdirilmişdir.

Əziz dostum, bildirmək istəyirəm ki, Sizə olan bu məhəbbəti Mən və bütün azərbaycanlılar da bölüşürük. Biz ekstremizmin və terrorizmin bütün formalarda təzahürlərini qətiyyətlə pisləyirik.

Əminəm ki, Prezident Şirak parlaq həyatı və fəaliyyəti ilə hələ uzun müddət xalqına xidmət edəcəkdir.

Dərin hörmət və səmimi dostluq hissləri ilə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin