RƏSMİ SƏNƏDLƏR
FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA
Hörmətli cənab Prezident,
Ölkənizin cənub-şərqində baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2002-ci il