DÜNYA
FRANSIZ SƏYYAHI SAKİT OKEANI 129 GÜNƏ QAYIQLA ÜZÜB KEÇMİŞDİR
E.Kuandr Sakit okeanı qərbdən şərqə üzüb keçmiş ikinci səyyahdır. İlk dəfə bu marşrutu 1991-ci ildə yenə də fransız Cerard d”Abovil qət etmişdir. 32 yaşlı Kuandr öz nailiyyətini bir də təkrar etmək niyyətində deyil.
Səyahət zamanı Kuandr gündə 15-18 saat avar çəkməli olmuş, dondurulmuş makaron, düyü və xüsusi zülallı çubuqlarla qidalanmışdır. Səyyahın sözlərinə görə, yol boyu, hətta qasırğa onun qayığını çevirəndə belə qorxu hissi keçirməsə də, gündə iki dəfə dua edirmiş. 6,3 metr uzunluğunda və 1,5 metr enində qayıqda yatmaq və rabitə avadanlığı üçün yer, mətbəx, su buraxmayan bölmələr, elektrik enerjisi verən günəş batareyaları da var idi.
Emmanuel Kuandrın nailiyyəti London Okean Avarçəkənləri Cəmiyyətində qeydiyyata alınsa da, onun səyahəti yedəkdə başa çatdırdığı xatırladılmışdır.