DÜNYA


FTB: ABŞ Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında açılmış atəş terrorizmlə bağlı deyil

Bakı, 14 fevral, AZƏRTAC

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Milli Təhlükəsizlik Agentliyinin Merilend ştatının Fort-Mid şəhərində yerləşən qərargahı qarşısındakı silahlı insidenti terrorizmlə əlaqələndirmir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, FTB-nin “Twitter” səhifəsində bu hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə nəticəsində üç nəfər yaralanıb. Hücum edənlərdən ikisi saxlanılıb, daha biri isə xəstəxanadadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.