DÜNYA


FTB Co Baydenin şəhərkənarı evində məxfi sənəd tapmayıb

FTB Co Baydenin şəhərkənarı evində məxfi sənəd tapmayıb

Bakı, 2 fevral, AZƏRTAC

Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqləri ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Rehoboth Beach şəhəri kənarındakı evində heç bir məxfi sənəd aşkarlamayıb.

AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə prezidentin vəkili Bob Baverə istinadla məlumat yayıb.

Vəkilin sözlərinə görə, FTB müstəntiqləri evdən Co Baydenin vitse-prezident vəzifəsini tutduğu dövrə aid bəzi materialları və qeydləri araşdırmaq üçün götürüb.

Federal Təhqiqatlar Bürosu qaytarılmamış məxfi fayllara görə ABŞ prezidentinin şəhərkənarı evində axtarış aparıldığını bildirib. Buna Baydenin digər evində və ofisində onun senator və vitse-prezident olduğu dövrə aid məxfi sənədlərin aşkarlanması səbəb olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.