İDMAN


FUTBOLÇULARIMIZ MƏĞLUBİYYƏTSİZ OYUNLAR SİLSİLƏSİNİ DAVAM ETDİRİRLƏR

Azərbaycanın yığma futbol komandası Riqada Latviya komandası ilə yoldaşlıq görüşünü heç-heçə başa vurmuşdur-2:2. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birinci hissədə hesab açılmasa da, futbolçularımızın bunun üçün real imkanları olmuşdur. Bir dəfə Nadir Nəbiyev cinahdan ötürülmüş topu başı ilə qapıya yönəldə bilməmiş, ikinci dəfə isə meydan sahiblərinin qapıçısı Qurban Qurbanovun başla vurduğu zərbəni qaytarmışdır.

Fasilədən sonra meydan sahibləri hesabı açmışlar. Lakin az sonra Emin Quliyev təxminən 35 metr məsafədən güclü zərbə ilə cavab topu vurmuş, Qurban Qurbanov isə 11 metrlik zərbə ilə komandamızı irəli çıxarmışdır. Lakin futbolçularımız üstünlüyü sonadək saxlaya bilməmişlər və görüş heç-heçə başa çatmışdır.

Bu görüş Portuqaliyada keçiriləcək Avropa çempionatının final mərhələsi ərəfəsində Latviya futbolçuları üçün son məşq olmuşdur.

Xatırladaq ki, bu oyundan əvvəl Azərbaycan yığması Qazaxıstan və Özbəkistan komandaları ilə yoldaşlıq görüşlərində qələbə qazanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.