İDMAN
FUTBOLÇULAR VƏ KLUBLAR CƏRİMƏLƏNMİŞLƏR
Tədbirdə XIV ölkə futbol çempionatının güclülər dəstəsində çıxış edən komandalar arasında keçirilmiş XXI turun oyunlarında baş vermiş hadisələr hüquqi baxımdan qiymətləndirilmişdir. Komitənin qərarına əsasən, “Qarabağ”-“İnter” oyununda yerli komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 AZN məbləğində cərimələnmişdir. Həmin oyunda azarkeşlər meydana kənar əşyalar atdığına görə “Qarabağ” klubu daha 1000 AZN məbləğində cərimə edilmişdir.
Ölkə çempionatının birinci dəstəsində çıxış edən komandaların oyunlarına da münasibət bildirilmişdir. “Viləş”-“Yeni Yevlax” görüşündə yerli komandanın futbolçusu Elvin Məmmədov hakimi təhqir etdiyinə görə növbəti iki oyundan kənarlaşdırılmış, klub isə 200 AZN məbləğində cərimə olunmuşdur. “Ədliyyə”-“Neftçi-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 100 AZN məbləğində cərimələnmişdir.
“ABN-Bərdə” –“Gənclər birliyi –2” qarşılaşmasında qonaq komandanın futbolçusu Elçin Məmmədov ikinci sarı vərəqəyə görə qırmızı vərəqə aldığından növbəti oyundan kənarlaşdırılmış, klub isə 20 AZN məbləğində cərimə edilmişdir.