İDMAN


FUTBOL HAKİMLƏRİ MAFİYA İLƏ ƏLAQƏYƏ GİRMƏKDƏ TƏQSİRLƏNDİRİLİR

AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İtaliyada A seriyasının futbol yarışlarını idarə edən iki hakim müvəqqəti olaraq bu vəzifədən uzaqlaşdırılmışlar. Buna səbəb odur ki, onlar gizli totalizatorlar və danışılmış oyunlar hesabına pul qazanan mafiya ilə əlaqəyə girməkdə təqsirləndirilərək, istintaqa cəlb edilmişlər. Onlar A seriyasının ümumən 46 görüşünün hakimi olmuşlar.

Bundan əlavə, daha 12 nəfər, o cümlədən klubların futbolçuları və rəhbərləri də bu cür əməllərə qurşanmaqda şübhəli bilinirlər.

İtaliya Futbol Hakimləri Assosiasiyasının prezidenti Tullio Laneze demişdir: “Belə hallarda hakimlərin oyunlardan kənarlaşdırılması standart prosedurdur. İstintaqa cəlb edilmək və məhkum olunmaq başqa-başqa məsələlərdir. Hər halda, istintaqın sonunu gözləyəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.