İQTİSADİYYAT
FUTUROLOJİ TƏDQİQATLARLA BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyətinin təşəbbüsü ilə “Futuroloji tədqiqatlar və Qafqazın gələcəyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Azərbaycan Gələcək Araşdırmalar Cəmiyyətinin prezidenti Reyhan Hüseynova futuroloji tədqiqatların əhəmiyyətindən danışmış, respublikada bu elm sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, gələcək araşdırmaların çox dərin, eyni zamanda, təşviqedici bir istiqamət olduğunu, bu sahə üzrə aydın, dəqiq və həqiqi proqnozların işlənib hazırlanacağını bildirmişdir.
Dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin, beynəlxalq eksperlərin iştirakı ilə keçirilən tədbirdə mövzuya dair çıxışlar dinlənilmiş, jurnalistlərin sualları cavablandırılmışdır.