FÜZULİ VƏ NƏVAİ POEZİYA GECƏSİ
AzerTAg.az
R.Behbudov adına Dövlət Mahnı Teatrında “Füzuli və Nəvai poeziya gecəsi” keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Mədəniyyət Fondunun sədri, əməkdar elm xadimi, professor Kamal Abdulla gecədə türk dünyasının iki dahi şəxsiyyəti - Füzuli və Nəvai, onların poeziyası, bədii təfəkkürü haqqında söz açmışdır.
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov iki xalqın dostluğunda, mədəni əlaqələrin inkişafında belə tədbirlərin böyük əhəmiyyətini qeyd etmişdir.
Özbəkistanın Azərbaycandakı səfiri Əbdüqafur Əbdürəhmanov, Daşkənd Mənəviyyat və Mərifət Mərkəzi sədrinin müavini, şair Sultan Murad Olimov, MEA Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, nəvaişünas Cənnət Nağıyeva, Özbəkistan səfirinin müşaviri, professor Kamalxan Karimov, MEA Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, füzulişünas Teymur Kərimli çıxış edərək Şərqin dahi şairlərinin həyat və yaradıcılığının dünyəvi, mənəvi dəyərlərindən danışmişlar.
Poeziya gecəsi incəsənət ustalarının maraqlı konserti ilə başa çatmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var