İDMAN


F 1-in keçmiş pilotu Hakkinen Yaponiyada 10 saatlıq yürüşdə iştirak edəcək

Bakı, 23 avqust, AZƏRTAC 

Keçmiş dünya çempionu, Formula 1 yarışlarının pilotu olmuş Mika Hakkinen yenidən yürüş avtomobilinin sükanı arxasında əyləşəcək.

AZƏRTAC “The Judge 13” portalına istinadla xəbər verir ki, finlandiyalı yürüşçü Yaponiyanın Suzuka trasında keçiriləcək 10 saatlıq yürüşdə iştirak edəcək.

Hakkinen yürüşdə “McLaren” komandasını təmsil edəcək. Onunla birlikdə komandada yapon pilotlar Katsuaki Kubota və Hiroaki İsiura da çıxış edəcəklər.

Mika Hakkinen özünün “Instagram” səhifəsində yazıb: “Maşın çox əla vəziyyətdədir”.

Finlandiyalı pilot sonuncu dəfə bu yürüşdə 2013-cü ilin noyabrında iştirak edib. Suzuka onun üçün xüsusi bir trasdır. O, 1990-cı illərin sonunda burada ilk dəfə WRC seriyasından titulun sahibi olub. Son vaxtlar Hakkinen yürüşləri müşahidə etməklə məşğuldur. O, Unibetdə Formula 1 haqqında şərh sütununu aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.