İDMAN


F 1 komandalarının rəhbərləri Hemiltonu ilin ən yaxşı yürüşçüsü seçiblər

Bakı, 6 dekabr, AZƏRTAC 

Formula 1 komandalarının rəhbərləri ilin ən yaxşı yürüşçüsünü seçiblər.

AZƏRTAC xəbər verir ki, ilin mükafatının sahibi 2018-ci il mövsümünün dünya çempionu Lyuis Hemilton olub. Bu titul onun karyerasında beşincidir.

Səsvermənin nəticələrinə görə, Hemilton 218 bal toplayıb, onun ən yaxın rəqibi Maks Ferstappen isə cəmi 139 balla kifayətlənib. Üçüncü yeri Sebastyan Fettel, dördüncü pilləni isə Fernando Alonso tutublar. Onlardan başqa, ilk onluğa Daniel Rikkardo, Şarl Lekler, Kimi Raykkonen, Valtteri Bottas, Esteban Okon və Niko Hülkenberq daxil olublar.

Qeyd etmək lazımdır ki, səsvermədə doqquz komanda rəhbəri – Toto Volf, Kristian Xorner, Siril Abitebul, Günter Ştayner, Zak Braun, Otmar Zafnauer, Frederik Vassyor, Frans Tost və Kler Uilyams iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.