DÜNYA


“Facebook” Afrikanın ətrafında sualtı kabel çəkmək niyyətindədir

Bakı, 9 aprel, AZƏRTAC

“Facebook” şirkəti genişzolaqlı internetə çıxış qiymətinin azaldılması və Afrika qitəsində yaşayan sakinlərin sosial şəbəkədə daha asan qeydiyyatdan keçməsi üçün qitənin ətrafında sualtı kabel çəkməyi planlaşdırır. Bu haqda “Wall Street Journal” nəşri məlumat verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qəzetin məlumatına görə, üç mərhələli "Simba" layihəsi qitənin şərq, qərb və Aralıq dənizi sahillərində yerləşən bir neçə ölkənin ərazisindən keçəcək, hərçənd dəqiq marşrut hələ ki, məlum deyil.

“Facebook”un nümayəndəsi bu informasiyanı şərh etməkdən imtina edib, ancaq bildirib ki, şirkət "sualtı kabellərdən söhbət getdikdə bütün dünyanı nəzərdə tutur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.