DÜNYA
“Facebook” Polşadakı saxta xəbər səhifələrini bağlayıb
Varşava, 19 may, AZƏRTAC
“Facebook” sosial şəbəkəsi Polşada fəaliyyət göstərən 27 xəbər səhifəsini bağlayıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb həmin səhifələrin yersiz aqressiv xarakterli saxta xəbər yayması olub.
Sosial şəbəkənin rəsmi açıqlamasında bildirilir ki, sözügedən səhifələrin 2 milyona yaxın izləyicisi olub. Səhifələr dini və irqi mövzularda insanları çaşdıran xəbərlər dərc edirmiş.
Ümumiyyətlə, sosial şəbəkələrdə hər hansı məqsədlər üçün yaradılmış və saxta izləyicilərə malik xəbər səhifələrinin ciddi yoxlanmasına başlanılıb. Bir neçə ay bundan əvvəl Latviya üzrə də fəaliyyət göstərən bir neçə səhifə bağlanıb. İndi eyni araşdırmalar İtaliya və İspaniya üzrə aparılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]