DÜNYA


“Facebook” “canlı karaoke” yaradıb

Bakı, 7 iyun, AZƏRTAC

“Facebook” şirkəti öz istifadəçiləri üçün yeni “canlı karaoke” tətbiqini yaradıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Facebook” tərtibatçıları özlərinin “canlı karaoke” tətbiqini yaratmaqla “Musical.ly” xidmətinə tamhüquqlu rəqib olmağı düşünürlər. Yenilik artıq qeydiyyatdan keçən istifadəçilərə nəinki özünü vokalist rolunda hiss etmək, həmçinin canlı yayımın köməyi ilə bu ifanı dostlara da yayımlamaq imkanı verəcək.

Yayıma istifadəçilər qrupunu əlavə etmək imkanı da var ki, bununla da duet, trio, kvartet və hətta xor da yaratmaq olacaq. “Lip Sync Live” tətbiqi sosial şəbəkəyə daha gənc auditoriyanın cəlb edilməsinə istiqamətlənib ki, “canlı karaoke” imkanları ilə eyni zamanda canlı yayım daha maraqlı və praktik olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.