DÜNYA
“Facebook” əməkdaşlarına pandemiyadan sonra da distant çalışmağa icazə verib
Bakı, 11iyun, AZƏRTAC
“Facebook” kompaniyası işlərini ofis xaricində görə biləcək bütün əməkdaşlarına koronavirus pandemiyası bitdikdən sonra da distant çalışmağa icazə verib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, “Facebook” kompaniyasının baş direktoru Mark Sukerberq şirkətdə çalışan 60 min işçisinin yarısının on il ərzində evlərində işləyə biləcəyini deyib.
Sosial şəbəkə ofislərini oktyabr ayında tam açmaq niyyətindədir. Ofisə qayıdan əməkdaşlar isə daha elastik qrafiklə işləyəcək: əməkdaşlar iş vaxtının ən az yarısını ofisdə keçirməli olacaqlar.
“Apple” və “Google” kimi digər böyük texnologiya şirkətləri isə əməkdaşlarına yaxın aylarda ofislərinə qayıtmalarını tövsiyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]