DÜNYA


“Facebook” uşaqlar üçün messencer təqdim edəcək

Bakı, 7 iyun, AZƏRTAC

“Ümumdünya Hörümçək Toru”nda təhlükəsizlik məsələləri yalnız virus və başqa zərərverici proqramlardan müdafiəni deyil, həm də uşaqların arzuolunmaz informasiyadan qorunmasını nəzərdə tutur. Adi saytlar və ya videohostinqlərdə bu məsələ qismən öz həllini tapdığı halda, ancaq sosial şəbəkələrdə azyaşlı istifadəçilərin aktivliyini izləmək son dərəcə çətindir. Bu məqsədlə “Facebook” şirkəti uşaqlar üçün xüsusi messencer istifadəyə vermək niyyətindədir. Bu messencer “Facebook”da hesab yaratmağı tələb etməyəcək, amma valideynlərə öz uşaqlarına nəzarət etməkdə və lazımi təhlükəsizlik səviyyəsini təmin etməkdə kömək edəcək.

AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, “Engadget” nəşrinin əməkdaşlarının sözlərinə görə, Mark Zukerberqin komandasının yeni həlli “Snapchat” kimi analoji məhsullarla rəqabət aparacaq. Həmçinin şirkətin serverlərinin yüksək məhsuldarlığına baxmayaraq, ehtimal ki, onlar 24 saat ərzində arzuolunmaz məzmunun silinməsi məsələsinin öhdəsindən gəlmir. Qeyd edək ki, yalnız “Facebook” deyil, həmçinin “Twitter” və “YouTube” bu problemdən əziyyət çəkir.

Şayiələrə görə, “Talk” adlanacaq yeni proqram uşaq və yeniyetmələrin kontaktlarına tam nəzarət etməyə imkan verəcək və 16 yaşadək yeniyetmələr üçün nəzərdə tutulub. “Talk” messenceri oyunlar oynamağa, doğmalar, dostlarla foto və yazıları paylaşmağa imkan verəcək. Bu halda yeni messencer üçün “Facebook”da hesab açmaq lazım deyil, amma valideynlər "böyük" messencerin köməyi ilə uşaq tərəfindən şəbəkədə baxılan məzmuna nəzarət edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.