CƏMİYYƏT


Fahrettin Altun: 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq niyyətimiz həqiqət çağırışı və səmimiyyətimizdir

Ankara, 20 aprel, AZƏRTAC

Bəzi mənbələrə görə, 65 milyon hərbçinin səfərbər olunduğu Birinci Və İkinci Dünya müharibələrində 38 milyon mülki insan və döyüşçü həyatını itirib. O dövrün əhali sayını nəzərə alsaq, böyük sayda insan itkisinin müharibələrdə iştirak etmiş ölkələrə ağır fəsadlar verdiyini görürük.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun “1915-ci il hadisələri” mövzusunda beynəlxalq konfransda ifadə edib.

Türkiyə tərəfinin arxivlərin açılması ilə bağlı istəyini həqiqət çağırışı kimi dəyərləndirən F.Altun sərgilənən dəyişməz mövqeyi onların səmimiyyəti olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən dövrdə erməni millətçi dairələri tərəfindən saxta “soyqırımı” olaraq iddia edilən 1915-ci il hadisələri tarixi sənədlər əsasında tamamilə başqa bir mənzərə ortaya çıxarır. Türkiyə tərəfi bu həqiqətlərin və sübutların gələcək nəsillərə düzgün şəkildə çatdırmaqda israrlıdır. Ermənilər hər zaman Türkiyə tərəfinin baş vermiş hadisələrlə bağlı arxivlərin açılması, hadisələrin tarixçilər və elm adamları tərəfindən araşdırılması təklifindən boyun qaçıraraq terror yolunu seçiblər. Erməni lobbisi bütün imkanlarını səfərbər edərək 1915-ci il hadisələrinin tarixi sənədlər və arxiv materialları ilə araşdırılmasını istəmir, həmin olayları ayrı-ayrı ölkələrin parlament və hökumətlərinin siyasi qərarları ilə gündəmdə saxlamağa çalışır. O vaxtkı hadisələri inkar edın mühüm bir fakt var: Aprelin 21-də erməni terror təşkilatlarının Türkiyənin Van bölgəsində törətdikləri qətliamın ildönümüdür. Təpədən-dırnağadək silahlanmış erməni silahlı birləşmələri 106 il əvvəl Vanın mərkəzində müsəlman-türk əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər. Rəsmi sənətlərdə Vandakı qətliamlar nəticəsində erməni vandalları tərəfindən 22 min 900 yerli müsəlman-türkün qətlə yetirildiyi təsdiqini tapıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.