SİYASƏT


Fahrettin Altun: Dünya ölkələrini bu işğala və hücumlara qarşı Azərbaycanla həmrəy olmağa çağırırıq

İstanbul, 28 sentyabr, AZƏRTAC

Ermənistanın təcavüzkarlığını qətiyyətlə qınayır, dünyanın bütün ölkələrini bu işğala və hücumlara qarşı Azərbaycanla həmrəy olmağa çağırırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun rəsmi “Twitter” hesabında ifadə edib.

Paylaşımında “Azərbaycandakı qardaşlarımızla hər zaman çiyin-çiyinə olacağıq”, -deyən F.Altun Ermənistanın təcavüz etməzdən əvvəl bunu nəzərə almalı olduğunu, müharibə və qeyri-sabitliyin bölgəyə fayda verməyəcəyini vurğulayıb.

F.Altun bildirib: “Beynəlxalq ictimaiyyət erməni təxribatını görməzdən gəlir. On illərdir ki, heç bir şey etmədən, hətta qeyri-qanuni işğala ortaq olmaqla erməni tərəfini cəsarətləndirdilər. İndiki münaqişə vəziyyətin davamlı olmadığının sübutudur. Ermənistan Azərbaycan ərazisində işğalçı mövqeyindədir. On illərdir ki, onlar nəinki Dağlıq Qarabağı işğal etdilər, hətta Azərbaycana qarşı davamlı təxribatlara cəhd göstərdilər. Bu gün etdikləri hücum bir daha təhlükəli vəziyyət yaratdı. Ermənistanın təcavüzkarlığını qətiyyətlə qınayır, dünyanın bütün ağlı kəsən ölkələrini bu işğala və hücumlara qarşı Azərbaycanla həmrəy olmağa çağırırıq.

Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Bunun üçün tələb olunan nədirsə onu edirik”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.