SİYASƏT


Fahrettin Altun: Otuz il həllini tapmayan problemi Azərbaycan özü həll etdi VİDEO

Fahrettin Altun: Otuz il həllini tapmayan problemi Azərbaycan özü həll etdi VİDEO

İstanbul, 4 noyabr, AZƏRTAC

Burada Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə toplanmışıq. Tədbir çərçivəsində bu böyük, şanlı Zəfərə həsr olunan sərgini gəzdik. Sərgi çox qiymətli fotoşəkillərdən ibarətdir. Qarabağ Zəfərinin qürurunu bir daha bərabər yaşadıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan mediasına açıqlamasında deyib.

Sərgidə o günlərdə verilən dəyərli mübarizənin əsərlərini gördüklərini ifadə edən Fahrettin Altun bundan bir daha qürur hissi keçirdiklərini bildirib.

Fahrettin Altun deyib: “Çox böyük mübarizə aparılıb. Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. İki liderimiz, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin qərarlı duruşları ilə şükürlər olsun ki, bu mübarizəni apardıq və nəticədə bu Zəfəri qazandıq. Bu, Azərbaycanla yanaşı, həm də Türkiyənin və bütün türk dünyasının Zəfəri oldu. Əsas etibarilə isə bu, Cənubi Qafqazın Zəfəri oldu. Çünki bu Qələbə bölgədə sülh və əmin-amanlığa töhfə verdi. Ortada dünyanın səssiz qaldığı bir işğal var idi ki, bu, aradan qaldırıldı. Otuz il həllini tapmayan problemi Azərbaycan özü həll etdi. Əlbəttə ki, burada Türkiyənin mənəvi dəstəyi oldu. Bu dövr ərzində biz də, xüsusilə qaralama kampaniyaları və propaqanda ilə mübarizə nöqtəsində azərbaycanlı qardaşlarımızla bir, yan-yana dayandıq, bu mübarizədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verdik. Burada sərgilənən fotoşəkillərin bir çoxu bu prosesin bir parçasıdır. Şəkillər arasında Türkiyənin Anadolu Agentliyinin fotoları da var. Bu şəkillərlə Ermənistanın təxribatları və işğalı bütün dünyaya çatdırılıb. Bu şəkillər, eyni zamanda, Azərbaycanın qərarlı duruşunun nümayişidir”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.