Faiq Əhmədov: Yeni müasir qatarların alınması üçün texniki şərtləri hazırlanır
AzerTAg.az

Bakı, 24 may, AZƏRTAC
Bakı metropoliteni son dövrlərdə 4-cü nəsil qatarların sayını 23-ə çatdırıb.
Bunu AZƏRTAC-a açıqlamasında "Bakı Metropoliteni"nin depolar üzrə iş departamentini rəisi Faiq Əhmədov bildirib.
F. Əhmədov əlavə edib ki, ümumilikdə 115 vaqon sərnişinlərin istismarındadır. Buda vaqon parkının 30 faizindən çoxunu təşkil edir.
Departament rəisi qeyd edib ki, yeni qatarlar sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün əlverişlidir. Onun sözlərinə görə, qatarlar kondisionerlər və USB portlarla təchiz olunub.
Metropoliten rəsmisi bildirib ki, yeni müasir qatarların alınması üçün texniki şərtləri hazırlanır. Növbəti dövrlərdə yeni qatarlarla bağlı uzun müddətli müqavilələr olacaq.
Faiq Əhmədov əlavə edib ki, hazırda istifadə olunan qatarlar Rusiya istehsalıdır.
Xəbərin mətnində orfoqrafik səhv var