İDMAN


Faiq Həsənov: Azərbaycan çempionatında hər turun beş oyunu internet vasitəsilə birbaşa yayımlanacaq

Bakı, 15 yanvar, AZƏRTAC 

Kişi şahmatçılar arasında Azərbaycan çempionatı hər il yanvarda keçirilir. Bu il əsas məqsəd Makedoniyada təşkil olunacaq şəxsi Avropa çempionatında ölkəmizi təmsil edəcək şahmatçını müəyyənləşdirməkdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.

O qeyd edib ki, ölkə çempionatında 2 qrossmeyster, 6 beynəlxalq usta və gənc şahmatçılar iştirak edirlər. Azərbaycan çempionatına qatılan zəka sahiblərinin məqsədləri müxtəlifdir. Gənc şahmatçılarımız beynəlxalq usta adını almağa iddialıdırlar. Yüksək əmsallı şahmatçıların məqsədi Avropa çempionatına vəsiqə əldə etməkdir. Əmsalı yaxın olan usta və beynəlxalq ustalar isə norma ödəməyi qarşılarına məqsəd qoyublar. Yarışların mükafat fondu 4 min manatdır. Düşünürəm ki, bu, gənc şahmatçılar üçün pis mükafat deyil.

Vitse-prezident qeyd edib ki, Azərbaycan çempionatında gənc şahmatçılarımız maraqlı oyunlar nümayiş etdirirlər. Çempionatda hər turun beş oyunu internet vasitəsilə birbaşa bütün dünyaya yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.