İDMAN


Faiq Həsənov: Prezident İlham Əliyev ölkəmizdə şahmatın inkişafına böyük qayğı və diqqət göstərir

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə şahmatın inkişafına böyük qayğı və diqqət göstərir. Bunun nəticəsidir ki, Azərbaycanın kişi şahmatçılarından ibarət yığması üçüncü dəfə Avropa komanda çempionatında qalib oldu. Yarışa gələndə hədəfimiz mükafatçılar sırasına düşmək idi. Çünki əmsalda komandamız ikinci idi. Ayrı nəticə bizi qane etmirdi. İlk turda uduzub, sonra toparlanaraq sonda qalib adını qazanmaq komandalararası Avropa çempionatında nadir hadisələrdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində deyib.

Çempionatda ilk məğlubiyyətin təsadüfi olduğunu vurğulayan vitse-prezident deyib: “Ona görə ki, belə yarışlar İsveçrə sistemi ilə olanda, ilk turda güclü komandalar zəiflərlə qarşılaşır. Bu, sistemin qaydasıdır. Heç kəs inanmaq istəmirdi ki, Azərbaycan komandası zəif komandaya uduzdu. Komanda üzvləri bu məsuliyyəti başa düşdülər. Hər turdan sonra daha da yaxşı oyun göstərdik. Sonrakı qarşılaşmalarda komandamız məğlub olmadı. Ardıcıl 5 qələbə qazandıq. Son turda da bizi heç-heçə qane edirdi. Bunu da etdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.