MƏDƏNİYYƏT


Faiq Sücəddinov: Mənə doğma olan bu məktəbdə konsert vermək olduqca xoşdur

Bakı, 11 oktyabr, AZƏRTAC

Mənə doğma olan Asəf Zeynallı adına Musiqi məktəbində konsert vermək olduqca xoşdur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov deyib.

“Mənim üçün Tələbələrin, müəllimlərin qarşısında çıxış etmək hər zaman həyəcanlı olub. Belə konsertlər həm də məni məsuliyyətli olmağa sövq edir. Konsertdə yalnız öz əsərlərimi səsləndirdim. Mövzular müxtəlif idi. Burada 17 fortepiano əsəri təqdim etdim. Onlar sırasında təbiət, sevgi, vətənpərvərlik kimi mövzulara toxunulur. Uzun illər xaricdə çalışmışam və hər zaman Azərbaycanı təbliğ etmişəm. Mən, eyni zamanda, bu məktəbin məzunu olmuşam. Buna görə müəllimlərimə minnətdaram. Bütün qazandığım nailiyyətlər məhz bu məktəbin mənə verdiyi biliyin sayəsində olub”, - deyə F.Sücəddinov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.