CƏMİYYƏT


Faktiki hava: Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-u saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə cənub-qərb küləyi güclənib, küləyin maksimal sürəti bölgələrdə arabir saniyədə 28, Abşeron yarımadasında 23, Abşeron dəniz rayonunda isə 20 metr olub. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda külək zəifləyib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30, Qubada 20, Qrızda 15, Sarıbaşda (Qax) 13, Lerikdə 9, Altıağac, Xaltan 8, Şahbuzda 6, Naxçıvan, Daşkəsən, Göygöldə 4, Qusarda 2 santimetr təşkil edib.

Havanın minimal temperaturu bu gecə aran rayonlarında 4°-dək, dağlıq rayonlarda 3-8°, Naxçıvan Muxtar Respublikasında 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.