CƏMİYYƏT


Faktiki hava proqnozu açıqlanıb

Bakı, 16 iyul, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı səhərədək olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Oğuzda 61 (aylıq normanın 91 faizi), Mərəzədə 53 (aylıq normanın 325 faizi), İvanovkada (İsmayıllı) 28 (aylıq normanın 37 faizi), Şamaxıda 23 (aylıq normanın 99 faizi), Dəmiraparançayda (Qəbələ) 21, Daşkəsəndə 19 (aylıq normanın 32 faizi), Qəbələdə 14, Qrızda 10 (aylıq normanın 18 faizi), Cəfərxanda 8 (aylıq normanın 178 faizi), Balakəndə 8, Qazıməmməddə 7 (aylıq normanın 119 faizi), Ağdərədə (Ordubad) 7, Sabirabadda 6, Sədərəkdə 4, İsmayıllıda 3, Şahbuz, Zaqatala, Tərtər, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Altıağac, Xınalıq, Şəkidə 2, Kürdəmir, Xaltan, Neftçala, Bakı, Zabrat, Çilov adasında 0.5 millimetr olub.

İyulun 15-də gün ərzində şimal-qərb küləyi əsib, arabir Daşkəsən, Qəbələ, Naftalanda 24, Şəkidə 20, Sumqayıt, Göyçay, Qazıməmməddə 18, Qum adası, Bakıda 17, Ağdamda 16 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.