CƏMİYYƏT


Faktiki hava şəraiti

Bakı, 21 fevral, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 13:00-a verdiyi məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı keçib, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, əmələ gələn qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Daşkəsəndə 29, Kişçayda (Şəki) 25, Gədəbəydə 24, Ləzədə 20, Şəkidə 18, Lerikdə 17, Qrızda 16, Şəki, Altıağacda 15, Xaltan, Oğuzda 12, Şirvan, Quba, Ağdərədə (Ordubad) 10, Xınalıqda 7, Naxçıvanda 6, Qəbələ, Zaqatala, Şahbuzda 5, Yardımlı, Qusar, Mərəzədə 4, Sədərəkdə 3, Tovuzda 2, Balakəndə 1 santimetr olub.

Düşən yağıntının miqdarı Neftçalada 18 (aylıq normanın 64 faizi), Biləsuvarda 17 (aylıq normanın 55 faizi), Lənkəranda 16, Altıağacda 15 (aylıq normanın 50 faizi), Xaçmazda 15 (aylıq normanın 62 faizi), Salyanda 14 (aylıq normanın 48 faizi), Astarada 14, Cəfərxanda 13 (aylıq normanın 48 faizi), Lerikdə 13, Sabirabadda 12 (aylıq normanın 50 faizi), Şahbuzda 11 (aylıq normanın 38 faizi), Ləzədə (Qusar) 10 (aylıq normanın 33 faizi), Şabran, Xaltanda 10 (aylıq normanın 40 faizi), Quba, İmişli, Beyləqan, Kürdəmir, Göyçay, Naxçıvan, Ağdam, Qəbələ, Şəki, Daşkəsən, Tovuz, Oğuz, Mingəçevir, Yevlax, Yardımlı, Kişçay (Şəki), Hacıqabul, Zərdab, Xınalıq, Qrız, Mərəzə, Ceyrançöl, Tərtər, Ağdərə (Ordubad), Şərur, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Ağsu, Naftalan, Sarıbaş (Qax), Qusar, Bərdə, Gəncə, Sədərək, Ordubad, Ağstafa, Şəmkirdə 1-9 millimetrədək təşkil edib.

Bakı və Abşeron yarımadasına gəlincə, həmin göstərici Bakıda 8 (aylıq normanın 36 faizi), Binədə 8, Pirallahıda 5 (aylıq normanın 29 faizi), Sumqayıt, Maştağada 4 millimetr olub. Şimal küləyi əsib, Neftçalada saniyədə arabir 25, Şamaxıda 18, Bakıda və Abşeron Dəniz rayonunda: Bakıda 22, Qum adası, Neft Daşlarında 15 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Havanın temperaturu: Bakıda iqlim normasından 1° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-3°, Aran rayonlarında 0-2° isti, dağlıq rayonlarda 4-9°, yüksək dağlıq ərazilərdə 10-16°, Naxçıvan Muxtar Respublikasında 2-7° şaxta olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.