İDMAN


Famil Ağayev: İtaliya komandası güclü olduğuna görə voleybolçularımız yaxşı oyun nümayiş etdirə bilmədi

Tokio, 7 oktyabr, AZƏRTAC 

Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisi ilk oyunda İtaliya yığmasına məğlub olub.

Osaka şəhərində F qrupunda keçirilən oyunu AZƏRTAC-a şərh edən komandamızın baş məşqçisinin köməkçisi Famil Ağayev İtaliya komandasının güclü olduğunu, buna görə də yığmamızın yaxşı oyun nümayiş etdirə bilmədiyini söyləyib.

Komandamızın kapitanı Odina Əliyeva da İtaliya yığmasının bu qələbəyə layiq oyun nümayiş etdirdiyini, buna görə də yaxşı nəticə əldə etdiyini söyləyib.

Cədvələ əsasən, Azərbaycan millisi oktyabrın 8-də Çin, 10-da Türkiyə, 11-də isə Bolqarıstan voleybolçularına qarşı mübarizə aparacaq.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.