İDMAN


Farer Adaları-Azərbaycan: 0:3   YENİLƏNİB

Bakı, 12 oktyabr, AZƏRTAC

Farer Adaları-Azərbaycan oyunu yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Riçard Almeyda dubl edib, Dmitri Nazarov isə bir dəfə fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

00:17

Azərbaycan millisi ikinci topu rəqib qapısından keçirib. Matçın 67-ci dəqiqəsində Dmitri Nazarov hesab arasındakı fərqi artırıb – 2:0.

 

X  X  X

Bakı, 11 oktyabr, AZƏRTAC

23:52

Farer Adaları-Azərbaycan görüşünü ilk hissəsi başa çatıb.

İlk hissə millimizin futbolçusu Riçard Almeydanın vurduğu qol sayəsində yığmamızın üstünlüyü ilə başa çatıb – 1:0.

Hazırda matçın ikinci hissəsi oynanılır.

23:19

Görüşün 28-ci dəqiqəsində Azərbaycan millisi hesabı açıb. Matçda Riçard Almeyda fərqlənib.

Futbolçu millimizin heyətində çıxdığı 11-ci oyunda ikinci qolunu vurub.

22:46

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçirilən Farer Adaları-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Farer Adalarında keçirilən oyunun baş hakimi rusiyalı Aleksey Yeskovdur. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edirlər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirir.

Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta seçməsini qəbul edəcək.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

Farer Adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1) Kosovo seçməsinə məğlub olub (0:2).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.