SİYASƏT
Fariz İsmayılzadə: Qlobal problemlər fonunda tədqiqat mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür
Bakı, 28 sentyabr, AZƏRTAC
Dünyamız sürətli dəyişir. Qlobal problemlər fonunda sosial tədqiqat mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində keçirilən “Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər” mövzusunda panel müzakirələrdə deyib.
ADA Universitetinin prorektoru bildirib ki, əsas çətinlik məlumatlara çıxışla bağlıdır. Məlumatlara giriş asanlaşdırılmalıdır. İkinci çətinlik maliyyə məsələsidir. Çünki keyfiyyət və kəmiyyət bir-biri ilə əlaqəlidir.
Sosial mediadan danışan Fariz İsmayılzadə bildirib ki, gənc analitiklərlə təlimlər aparılmalıdır. Unudulmuş sahələrə diqqət yetirilməlidir.