CƏMİYYƏT


“Farmakonəzarətin əsasları” mövzusunda tədbir keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində farmakonəzarət sistemi, onun əhəmiyyəti, məqsədləri və müəssisələrdə bu sistemin qurulmasına dəstək göstərilməsi ilə əlaqədar “Farmakonəzarətin əsasları” mövzusunda tədbir keçirilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilən tədbirdə TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev, şöbənin koordinatoru Sevda İbrahimova, Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən tabeli müəssisələrin farmakonəzarət üzrə məsul şəxsləri iştirak edib.

Tədbir zamanı Elmin Quliyev tərəfindən iştirakçılara farmakonəzarətin əhəmiyyəti, əhatə dairəsi, onun həyata keçirilməsində farmakologiyanın rolu, müasir dövrdə dərman təhlükəsizliyi problemləri haqqında təlim keçirilib.

E.Quliyev dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər və digər arzuolunmaz nəticələr barədə məlumatların toplanması mexanizmini izah edib və bu sahədə mövcud problemləri vurğulayıb.

Daha sonra Sevda İbrahimova farmakonəzarətin məqsədləri, bu sahədə beynəlxalq, yerli qanunvericilik aktları haqqında məlumat vermiş və dərman vasitələrinin rasional istifadəsində farmakonəzarət üzrə məsul şəxslərin rolundan bəhs edib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.