REGİONLAR


Faşist ideologiyasının daşıyıcıları üzərində qazanacağımız Qələbənin məşəli mütləq alovlanacaq

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Sentyabrın 27-dən etibarən ordumuzun qarşısında diz çökən təcavüzkar Ermənistan ordusu döyüş bölgəsindən çox-çox uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi raket atəşinə tutmaqla hər kəsdə erməni faşizminə qarşı daha böyük nifrət yaradır. Bu gün bütün dünya Xocalı faciəsini törədənlərin və onların davamçılarının növbəti vəhşiliklərinin canlı şahidi olur. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı və onun nəticələri dövlətimizin, ordumuzun, xalqımızın əzəmətini göstərir. Ermənistan ordusunun isə ancaq mülki şəxslərə “gücü” çatması, onları qətlə yetirməsi ermənilərin vəhşi, cılız, miskin vəziyyətini bir daha gözlər önünə gətirir, faşizm ideologiyasının bu ölkəyə hakim kəsildiyini bir daha təsdiq edir.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə kafedrasının baş müəllimi Tehranə Xudaverdiyeva deyib. O bildirib ki, Ermənistanın humanitar atəşkəsə əməl etməməsi, hətta öz əsgər və zabitlərinin meyitlərinə sahib çıxmaması bu ölkəni idarə edənlərin, ümumiyyətlə, bu xalqın nə qədər duyğusuz, nadan, səviyyəsiz, qəddar, vəhşi olduğunu göstərir. 500 min əhalisi olan Gəncəyə, 100 min əhalisi olan Bərdəyə və Mingəçevirə, Tərtərə və digər yaşayış məntəqələrimizə raket zərbələri endirənlərin məqsədi növbəti soyqırımı həyata keçirməkdir. İki gün öncə ermənilərin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfərin həlak olması, 70-dən çox insanın yaralanması da bunun növbəti sübutudur. Belə çıxır ki, ermənilər müasir dünya sivilizasiyasından kənarda qalıblar və onlar hələ də mağara təfəkkürü ilə yaşayan millətdirlər. Erməni xalqı görün nə qədər vəhşidir ki, Azərbaycanda südəmər körpələrin, məktəb yaşlı məsumların, köməksiz yaşlıların, qadınların ölümü xəbərlərini eşidəndə sevinir, toy-bayram edirlər. Bu gün Artur və onun özləri kiçik, ürəkləri böyük həmyaşıdları, o cümlədən Anar və Nurçin Əlizadələr bu vəhşiliyin şahidləridirlər. Mənəviyyatsız olduqları qədər də qatil və barbar olan vəhşilərin insanlığa sığmayan hərəkətləri nəticəsində bəzi ailələrin bütün üzvləri həlak olur, körpələr atasız-anasız qalır. Biz bu faciələri yaşasaq da bilirik ki, bu gün erməni vəhşiliyi nəticəsində yetim qalan körpələr sabah valideynlərinin və Vətənin adına layiq övlad olacaq və dövlətimizin düzgün siyasəti, ordumuzun döyüş əzmi sayəsində heç bir günahsız insanın qanı yerdə qalmayacaq.

“Prezidentimizin qətiyyəti, ordumuzun qüdrəti bizə Qələbənin yaxın olduğunu deməyə əsas verir. Dağlar qədər əzəmətli olan ordumuzun qazandığı zəfərlər bizi daha da ruhlandırır. Əminik ki, yaxın günlərdə Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndində dalğalanacaq”, - deyən Tehranə Xudaverdiyeva bildirib ki, bu gün hər bir azərbaycanlı ordumuzun haqq-ədalət uğrunda apardığı Vətən müharibəsində qazanılan uğurlara görə qürur hissi keçirir. Bu gün Ümummilli Liderimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı dillərdə daha gur səslənir. Bu gün bütün xalqımızın qəlbi döyüşən əsgər və zabitlərimizlə birgə döyünür. Qələbə müjdəsini həsrətlə gözləyir. Çünki haqq yandıran çırağı heç kəs söndürə bilməz. Bizim Qələbə məşəlimiz də mütləq alovlanacaq və onu heç kim söndürə bilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.