CƏMİYYƏT
Faşizm üzərində Qələbədən sonra daxili işlər orqanlarında xidmət etmiş bir qrup müharibə iştirakçısı ziyarət olunub
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə nazirliyin nümayəndələri faşizm üzərində Qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş İkinci Dünya müharibəsinin bir qrup iştirakçısının evində olublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər nazirinin səmimi təbrikləri və bayram hədiyyəsi veteranlara çatdırılıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı Sərəncamla hər il mayın 9-u Qələbə Günü rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlanılıb. Müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, bununla bağlı müvafiq fərman və sərəncamlar imzalanıb.
Görüşlərdə qeyd olunub ki, Ümummilli Liderin İkinci Dünya müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Səfər Abdullayev, Əzim İbrahimov və David Baxşiyev göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.