CƏMİYYƏT
Faşizm üzərində Qələbənin növbəti ildönümü Tallinndə qeyd olunub
Tallinn, 9 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları mayın 9-da faşizm üzərində Qələbənin 74-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, səfir Murad Nəcəfbəylinin də iştirak etdiyi tədbirdə Estoniyada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad edib, Tallinn şəhərinin hərbi qəbiristanlığında yerləşən “İkinci Dünya müharibəsində həlak olanlara” adlı monumentin üzərinə əklillər qoyublar.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]