REGİONLAR


Faşizm üzərində Qələbənin qazanılmasında Qaxın mərd oğul və qızları da böyük rəşadət göstəriblər

Qax, 9 may, Mustafa Dadaşov, AZƏRTAC

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 74 il ötür. Qələbənin təmin olunmasında azərbaycanlıların da böyük rolu olub. Müharibə illərində həmvətənlərimiz ön və arxa cəbhələrdə böyük fədakarlıqlar göstərib, 700 minə yaxın azərbaycanlı döyüşlərə yollanıb, onların 300 mindən çoxu amansız müharibədən geri qayıtmayıb. Müharibədə Qax rayonunun mərd oğul və qızları da böyük rəşadət göstəriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Qax rayonunun rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə Qax şəhərində ucaldılmış abidə kompleksin, həmçinin müharibədə böyük şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Məmmədəli Məmmədovun abidəsi önünə gül-çiçək düzüb, müharibə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Bildirilib ki, müharibədə iştirak edən 6 minə yaxın qaxlı döyüşçünün yarısı geri qayıtmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.