SİYASƏT


Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları olub

Bakı, 9 may, AZƏRTAC

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, hərbi orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində Dənizkənarı Milli Parkda, Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında, Yasamal parkında (Lider TV yaxınlığında) və Fəvvarələr meydanında çıxışlar ediblər.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar, Azərbaycan və xarici filmlərdən musiqi nümunələri və 1941-1945-ci illər müharibə dövrünün mahnılarını səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.