REGİONLAR
Faşizm üzərində tarixi Qələbənin qazanılmasında 5 mindən çox salyanlı şücaət göstərib
Salyan, 9 may, Mahir Babayev, AZƏRTAC.
Faşizm üzərində Qələbənin əldə olunmasında Salyandan 5 min 726 nəfər iştirak edib, onlar ağır müharibədə qəhrəmanlıq və şücaət göstəriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qələbənin 74-cü ildönümü münasibətilə Salyanda keçirilən mərasimdə iştirak edənlər əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksi önünə gül dəstələri qoyublar. Sonra Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşovun abidəsi ziyarət olunub.
Veteranlarla görüşdə bildirilib ki, döyüşlərdə 1516 nəfər salyanlı həlak olub və ya itkin düşüb, 3 min 700 nəfər isə yaralanıb. Bu gün onların hər birinin xatirəsi hər kəs üçün əzizdir.
Mərasimdə çıxış edən müharibə veteranları onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.