İQTİSADİYYAT


Fatih Birol: Daha çox ölkə və şirkət təmiz enerji layihələri reallaşdırmalıdır

Bakı, 10 sentyabr, AZƏRTAC

Daha çox ölkə və şirkət təmiz enerji layihələri reallaşdırmalıdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

F.Birol bildirib ki, COVID-19-dan irəli gələn çətinliklərə baxmayaraq, təmiz enerji texnologiyalarını sürətləndirmək və iqlim hədəflərinə çatmaq istiqamətində nikbin olmağa səbəblər yaranıb. Günəş enerjisi qlobal miqyasda bərpaolunan enerji mənbələri sırasında öndədir.

“Aşağı faizlər təmiz enerji layihələrini artırmağa kömək edə bilər. Daha çox ölkə və şirkət bu investisiyaları reallaşdırmalıdır. Hazırda enerjiyə əlçatanlığı olmayanları enerji ilə təmin etmək üçün səylərimizi ikiqat artırmalıyıq. Həm də mövcud infrastrukturdan qaynaqlanan emissiyaların qarşısını almalıyıq. Çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə ortaq hədəflərimizə çatmağı çətinləşdirir”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.