İQTİSADİYYAT


Fatih Birol: Enerji sektorundakı emissiyaların 15 faizi neft və qazdan formalaşır

Bakı, 20 yanvar, AZƏRTAC

Enerji sektorundakı istixana qazı emissiyalarının 15 faizi neft və təbii qaz hesabına formalaşır.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu barədə IEA və Dünya İqtisadi Forumunun (WEF) birgə hazırladığı “Enerji transformasiyasında neft və qaz sənayesi” adlı hesabatı şərh edərkən deyib.

O qeyd edib ki, bütün şirkətlər enerji transformasiyasından təsirlənəcək və bu sənayedəki maraqlı tərəflər həmin transformasiyaya necə ayaqlaşacaqlarını düşünməlidir. Bu sektorda əsas hədəf istixana qazı emissiyasının azaldılmasıdır: “Hazırda enerji sektorunda istixana qazı emissiyasının 15 faizi neft və qazın istehsalından müştəriyə çatdırılana qədərki prosesdə baş verir. Bu tullantıların əksəriyyəti tez və asanlıqla azaldıla bilər. Bundan əlavə, neft və qaz şirkətləri öz təcrübələri və maliyyə imkanları ilə daha çox bərpaolunan enerji mənbələrinin tətbiqini təmin etməlidir. Karbontutma, batareya və hidrogen texnologiyaları da inkişaf etdirilməlidir. Bu texnologiyalar neft-qaz sənayesinin töhfəsi olmadan istənilən miqyasda arta bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.