İQTİSADİYYAT


Fatih Birol: Neft tələbatındakı artım 10 il ərzində sona çatacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

Qlobal xam neft tələbatındakı artım 10 il ərzində sona çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, hökumətlər təmiz enerji sərmayələrini sürətləndirmək və iqlim hədəflərinə çatmaq üçün məsuliyyət daşıyır: “Lakin hökumətlərin siyasətində böyük bir dəyişiklik olmadığı təqdirdə tələbatın sürətlə azalacağını söyləyə bilmərik. Bugünkü siyasətlərə baxsaq, qlobal iqtisadiyyatın bərpası neft tələbatının yenidən COVID-19-dan əvvəlki səviyyələrə qayıtmasına səbəb ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.