İQTİSADİYYAT


Fatih Birol: Neftin yenidən mənfi qiymətə düşmə ehtimalı azalıb

Bakı, 8 may, AZƏRTAC

Neftin yenidən mənfi qiymətə düşmə ehtimalı azalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, neftin qiymətinin ötən ay olduğu kimi, yenə də mənfiyə enəcəyini gözləmirəm. Qiymətin bərpası üçün iki amil izlənəcək.

“Qarşıdakı müddətdə aprel ayı neft bazarı üçün “qara aprel” kimi xatırlanacaq. Aprel ayında dünyada neft tələbatında böyük bir azalma gözləyirdik və bu baş verdi. Tələbat təxminən 30 faiz azaldı. Xüsusilə, Səudiyyə Ərəbistanı və Rusiya neft istehsalını artırdı. Bu iki amil bir araya gələndə dedim ki, aprel ayı neft tarixinə “qara aprel” kimi düşəcək və nəticədə neftin qiyməti mənfiyə endi”, - deyə F.Birol qeyd edib.

May ayında isə bazarda bir az yaxşılaşma olduğunu deyən F.Birol daha çox bərpa prosesi üçün 2 amilin əsas rol olacağını bildirib: “Birincisi, iqtisadi yaxşılaşma, ikincisi isə ölkələrin karantin rejimini yumşaltmasının nəqliyyat sektoruna təsiri. Hər şey normal davam edərsə neftin qiymətinin bu səviyyələrdə qalacağını düşünürük. İqtisadiyyatda bir qədər yaxşılaşma olarsa və insanlar evdən çıxarsa qiymətdə nisbi bir yaxşılaşma gözləyirik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.