İQTİSADİYYAT


Fatih Birol: Sıfır emissiya hədəfinə çatmaq üçün səylər bəlkə də bəşəriyyətin üzləşdiyi ən böyük problemdir

Bakı, 18 may, AZƏRTAC

Sıfır emissiya hədəfinə çatmaq üçün səylər bəlkə də bəşəriyyətin üzləşdiyi ən böyük problemdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

F.Birol 2050-ci ildəki sıfır emissiya hədəfinin çətin, lakin əldə edilə bilən olduğunu bildirib: “Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün ən yaxşı şansımız olan bu məqsəd üzrə lazım olan səylərin miqyası və sürəti bəlkə də bəşəriyyətin üzləşdiyi ən böyük problemdir. Hökumətlərin güclü və konkret siyasətləri ilə yanaşı, qlobal əməkdaşlıq da vacibdir. Ancaq sıfır emissiyalı enerji sisteminə transformasiya iqtisadiyyatlar üçün böyük imkanlar da yaradacaq. Bu transformasiya ədalətli və əhatəli bir şəkildə həyata keçirilməlidir. İnkişaf etməkdə olan iqtisadiyyatlar da maliyyə və texnologiyadakı inkişaflardan faydalanmalıdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.