ELM VƏ TƏHSİL


Fatimə Məmmədova: “Education 2018”də Rusiyanın Ali İqtisad Məktəbinə maraq göstərən gənclər çoxdur

Bakı, 12 oktyabr, AZƏRTAC

Rusiya Federasiyasının Milli Araşdırmalar Universiteti Ali İqtisad Məktəbi “Education 2018” sərgisində uğurla təmsil olunur. Moskvada fəaliyyət göstərən ali məktəbin Sankt-Peterburq, Nijni Novqorod, Perm şəhərlərində filialları yaradılıb. Təhsil müəssisəsinin Bakıda da filialı açılacaq.

Bu barədə Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində Rusiya Federasiyasının Milli Araşdırmalar Universiteti Ali İqtisad Məktəbini təmsil edən, dekan müavini Fatimə Məmmədova AZƏRTAC-a müsahibəsində məlumat verib. O deyib: “Ali İqtisad Məktəbinin bakalavriat, magistratura, doktorantura pillələrində 40 minədək tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Təhsil müəssisəsində müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün bütün lazımi şərait yaradılıb”.

Məktəbin beynəlxalq əlaqələrindən danışan F.Məmmədova onun 339 universitet və müəssisə ilə geniş əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, sərgidə Ali İqtisad Məktəbinə maraq göstərən gənclər çoxdur. Onlara məktəbin fakültələri, ixtisasları, tədris proqramları və s. haqqında məlumat verilir. Sərgidə, eyni zamanda, təhsil müəssisəsinin fəaliyyəti barədə jurnallar, bukletlər paylanır, seminar-təqdimatlar keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.