ELM VƏ TƏHSİL


Fatimeyi-Zəhraya həsr olunan tədqiqat işi nəşr olunub

Bakı, 5 oktyabr, AZƏRTAC 

Hacı Həsən Hüseyninin “Ya Zəhra (s.ə.), nəzərin ayırma bizdən” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitab Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitaba “Ön söz”ü Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal və filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov yazıb.

Əsərin giriş hissəsində Qurani-Kərimin bəşəriyyəti düzgün yola çağırmasından, insanlığı cəhalətdən xilas etməsindən danışılır.

İki hissədən ibarət olan əsərin birinci hissəsi 5, ikinci hissəsi 6 bölümdən ibarətdir. Birinci hissədə müəllif Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) həyat və fəaliyyətindən, onun haqqında nazil olmuş Quran ayələrindən, paklıq mücəssəməsi kimi ülviliyindən və məsumluğundan konkret nümunələr gətirir. Kitabın ikinci hissəsində Həzrəti Məhəmmədin (s.a.s.) dünyaya gəlişindən, peyğəmbərlik məqamına çatmasından, insanları İslama dəvət etməsindən, qızı Həzrəti Fatiməyə nəsihətlər verməsindən bəhs edilir.

Kitabın sonunda Məhəmməd Füzuli, Qumri Dərbəndi, Məhəmmədhüseyn Şəhriyar, Ənvər Nəzərli, Hacı Ələmdar Mahir, Şahin Fazil və digər şairlərin Fatimeyi-Zəhraya həsr olunmuş şeirlərindən nümunələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.