DÜNYA
Fatma Ceren Yazgan: Heç kim Türkiyəni sanksiyalarla qorxuda bilməz
Tbilisi, 17 oktyabr, AZƏRTAC
Heç kim Türkiyəni sanksiyalarla qorxuda və ölkəmizi təhdid edə bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan oktyabrın 17-də Tbilisidə keçirdiyi mətbuat konfransında söyləyib.
Səfir deyib: “Türkiyə əlli ildən çoxdur ki, ABŞ-la müttəfiqdir. Ölkəmizin NATO-dakı rolu da hamıya bəllidir. Bizim Qara dənizdəki mövqeyimiz aydındır. Ona görə də heç kim bizim gücümüzü kiçildə və bizimlə təhdid dilində danışa bilməz”.
Fatma Ceren Yazgan bildirib ki, Türkiyə Suriyadakı əməliyyatları davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]