REGİONLAR
Fatmayi kəndində tibbi aksiya təşkil olunub
Xırdalan, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 28–də görkəmli oftalmoloq-alim, akademik, Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibəti ilə Abşeron rayonun Fatmayi kəndinin sakinləri üçün tibbi aksiya keçirilib. Aksiya Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, xəstəxananın tabeliyində fəaliyyət göstərən Fatmayi Ailə Sağlamlıq Mərkəzində təşkil olunan aksiyadan 200-ə yaxın vətəndaş yararlanıb. Kənddə yalnız terapevt və pediatr ixtisası üzrə həkimlər fəaliyyət göstərdiyini nəzərə alaraq, aksiya çərçivəsində 10 mütəxəssis tərəfindən qəbul təşkil edilib. Gün ərzində müraciət edənlər uroloq, kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah ixtisasları üzrə həkimlərin müayinəsindən keçmək imkanı əldə ediblər. Həmçinin, ultrasəs (USM), elektorkardioqram (EKQ), laboratoriya testləri və s. müayinələr aparılıb.
Kənd sakinləri aksiyanın təşkilini yüksək qiymətləndirərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]