CƏMİYYƏT


Faunanın mühafizəsi sahəsində ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə iddia qaldırılıb

Bakı, 13 mart, AZƏRTAC

Ötən il fauna ehtiyatlarının mühafizəsi üzrə 122 akt və 121 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ildə qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə, 131 iş üzrə 111 min 700 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 3699,2 manat məbləğində iddia qaldırılıb, 382 iş üzrə 11934,35 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 33 işdən 20-nə, icra qruplarına göndərilən 61 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.