İDMAN


Favoritlərin mübarizəsindən “Məhsul” həndbol klubu qalib ayrılıb

Bakı, 5 noyabr, AZƏRTAC

Kişi həndbolçuların Azərbaycan çempionatında üçüncü turun oyunlarına yekun vurulub.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, “ABU Arena” idman kompleksində iki qarşılaşma keçirilib.

Daha böyük maraqla gözlənilən “Məhsul”-“Bakı” matçı gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın əsas favoritlərinin görüşü 27:22 hesabı ilə “Məhsul”un qələbəsi ilə nəticələnib. “Təhsil”-“U16” oyununda isə gözlənildiyi kimi nominal meydança sahibi inamlı qələbə qazanıb - 41:20.

Üç oyundan 6 xal toplayan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. Son ölkə çempionu “Bakı” 4 xalla ikinci, “Təhsil” 2 xalla 3-cü yerdədir. Keçirdiyi hər üç görüşdə məğlub olan “U-16” sonuncu pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.