ELM VƏ TƏHSİL


Fazil Babayev: Müsabiqədə qiymətləndirmə bir neçə kateqoriya və meyar üzrə aparılır VİDEO

Bakı, 27 may, AZƏRTAC

Dünəndən start verilən “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən müsabiqələrdə finala qədər bir neçə mərhələ keçirilib. Belə ki, komandalar arasından 36-sı seçilərək bu mərhələyə çıxıb.

Bunu AZƏRTAC-a müsahibəsində “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçirilən “Baku Skills” kateqoriyasının koordinatoru, müsabiqənin münsiflər heyətinin üzvü Fazil Babayev söyləyib. O bildirib ki, qiymətləndirmə bir neçə kateqoriya və meyar üzrə aparılır. Bu meyarlara posterin tələbləri, modelləşdirmə səviyyəsi, çap keyfiyyəti və modellərin funksionallığı daxildir. Qeyd olunan meyarlar üzrə qiymətləndirmə aparıldıqdan sonra 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən orta qiymət çıxarılır. Tam şəffaf və obyektiv şəkildə müəyyən edilmiş orta qiymətlərə görə hər kateqoriyadan 3 qalib (universitet və məktəblər üzrə) olacaq. Qiymətləndirmələr bu gün başa çatacaq və günün sonunadək rəsmi şəkildə sistemə yerləşdiriləcək. Qaliblər isə mayın 28-29-da təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.