İQTİSADİYYAT


Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olarmı?

Bakı, 19 noyabr, AZƏRTAC 

Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergiödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna olunub.

AZƏRTAC Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin əlavə dəyər vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda ƏDV qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmayıb.

Həmçinin Vergi Məcəlləsinə əsasən vergiödəyicisi sahibkarlıq fəaliyyətini dayandırmayaraq vergiyə cəlb olunan əməliyyatlar apardığı, lakin həmin əməliyyatların ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100 min manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair vergi orqanına ərizə verə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.